An-Nisa surəsi, ayə 17

4:17

إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ١٧

Innamat-tawbatu 'alallāhi lilladhīna ya'malūnas-sū'a bijahālatin thumma yatūbūna min qarībin fa ulā'ika yatūbullāhu 'alayhim wakānallāhu 'alīman hakīmā

Allah yanında qəbul edilən tövbə, yalnız cahillik üzündən pis iş gördükdən sonra dərhal tövbə edən kimsələrin tövbəsidir. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gör­dükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir.