وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ ١٤
Waman ya'sillāha warasūlahū wayata'adda hudūdahū yudkhilhu nāran khālidan fīhā walahū 'adhābum muhīn
Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.
Təfsir
Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.