۞ وَمَن يُهَاجِرۡ فِي سَبِيلِ ٱللَّهِ يَجِدۡ فِي ٱلۡأَرۡضِ مُرَٰغَمٗا كَثِيرٗا وَسَعَةٗۚ وَمَن يَخۡرُجۡ مِنۢ بَيۡتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدۡرِكۡهُ ٱلۡمَوۡتُ فَقَدۡ وَقَعَ أَجۡرُهُۥ عَلَى ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ١٠٠
Waman yuhājir fī sabīlillāhi yajid fil-ardi murāghaman kathīran wasa'atan waman yakhruj mim baytihī muhājiran ilallāhi warasūlihī thumma yudrikhul-mawtu faqad waqa'a ajruhū 'alallāhi wakānallāhu ghafūrar rahīmā
Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah bağışlayandır, rəhmlidir.
Təfsir
Kim Allah rizası üçün küfr diyarından İslam diyarına hicrət edərsə, hicrət etdiyi yeri, tərk etdiyi yerdən daha gözəl yer olduğunu görər və orada izzətə və bol ruziyə nail olar. Kim Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - hicrət edərək evindən çıxdıqdan sonra hicrət etdiyi yerə yetişməzdən əvvəl ölüm onu haqlayarsa, onun mükafatını Allah verər və hicrət etdiyi yerə yetişməməsi ona heç bir zərər verməz. Allah qullarından ona tövbə edəni bağışlayandır və onlara qarşı rəhmlidir.