فَأُوْلَٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعۡفُوَ عَنۡهُمۡۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورٗا ٩٩
Fa ulā'ika 'asallāhu an ya'fuwa 'anhum wakānallāhu 'afuwwan ghafūrā
Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
Təfsir
98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.