ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٢
Alladhīna tatawaffāhumul-malā'ikatu tayyibīna yaqūlūna salāmun 'alaykumudkhulul-jannata bimā kuntum ta'malūn
O kəslər ki, mələklər onların canlarını (şirkdən və küfürdən) pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə Cənnətə daxil olun!”– deyərlər.
Təfsir
Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, qəlbləri küfrdən təmizlənmiş kimsələrin canını aldıqda, onlara belə deyərlər: "Sizə salam olsun! Siz bütün sınaqlardan üzü ağ çıxdınız. Dünya həyatında düzgün etiqada sahib olub və saleh əməllər etdiyinizə görə Cənnətə daxil olun!"