جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ٣١
Jannātu 'adnin yadkhulūnahā tajrī min tahtihal-anhāru lahum fīhā mā yashā'ūna kadhālika yajzillāhul-muttaqīn
Onlar (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
Təfsir
Müttəqilər üçün qəsirləri və ağacları altından caylar axan, içərisinə daxil olub, orada qərar tutaraq, əbədi qalacaqları cənnətlər vardır. Üstəlik, bu Cənnətlərdə onlar üçün ürəklərindən keçən yeməklər, içkilər və daha neçə-neçə ağıla gəlməyən, tükənməz nemətlər vardır. Uca Allah, Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümmətindən olan müttəqilərə bəxş edilən bu mükafatın, eynisini keçmiş ümmətlərdən olan müttəqilərədə vermişdir.