إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤
Innamā ju'ilas-sabtu 'alal-ladhīnakhtalafū fīhi wa inna rabbaka layahkumu baynahum yawmal-qiyāmati fīmā kānū fīhi yakhtalifūn
Şənbə günü, ancaq onun barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.
Təfsir
Şənbə günü təzim etmək ancaq o günün barəsində ixtilafa düşən yəhudilərə fərz edilmişdir. Belə ki, yəhudilər Allahın onlara cümə gününü ibadətlə keçirmək əmrinə laqeyid yanaşdıqdan sonra Allah onlara şənbə gününü ibadətlə keçirmlərini əmr etdi. Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin Qiyamət günü, dünyada ikən ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcək və hər bir kimsəyə layiq olduğu mukafatı verəcəkdir.