ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣
Thumma awhaynā ilayka anit-tabi' millata ibrāhīma hanīfan wamā kāna minal-mushrikīn
Sonra sənə (belə) vəhy etdik: “Hənif (Batildən haqqa tapınan) İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi”.
Təfsir
Ey Peyğəmbər! Bundan sonra Biz sənə, tək Allaha ibadət etməkdə, müşriklərdən uzaq olmaqda, Allaha dəvət etməkdə və Onun şəriətinə əməl edib, bütün dinlərdən üz çevirib yalnız İslam dininə yönəlməkdə İbrahimin dininə tabe olmağı vəhy etdik. O, müşriklərin iddia etdikləri kimi heç vaxt müşrik bir kimsə olmadı, əksinə, o, tək Allaha ibadət edən bir kimsə idi.