إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١١٥
Innamā harrama 'alaykumul-maytata wad-dama walahmal-khinzīri wamā uhilla lighayrillāhi bihī famanidturra ghayra bāghin walā 'ādin fa innallāha ghafūrur rahīm
O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa (ona günah yazılmaz), şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Təfsir
Uca Allah sizə yeyiləcək şeylərdən, kəsilmədən ölən heyvanları, axar qanı, hər bir parçası ilə donuz ətini və Allahdan başqası üçün qurban kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Uca Allah bütün bunlar firavan və bolluq vaxtlarda haram etdi. Amma kim çarəsizlikdən, məcburiyyət qarşısında qalsa, zikir edilən bu harama iştah salmadan və həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, ona heç bir günah olmaz. Həqiqətən Allah günahları bağışlayandır. Məcburiyyət qarşısında qalıb haramdan yediyi üçün Allah ona əzab verməz, əksinə, onu bağışlayar. Uca Allah zərurət halında haram olan bir şeyi yeməyi mübah etməklə, Öz qullarına qarşı mərhəmət etmişdir!