An-Nahl surəsi, ayə 116

16:116

وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦

Walā taqūlū limā tasifu alsinatukumul-kadhiba hādhā halālun wahādhā harāmul litaftarū 'alallāhil-kadhiba innal-ladhīna yaftarūna 'alallāhil-kadhiba lā yuflihūn

Dilinizin yalana alışdığından dolayı, Allaha qarşı yalan uydurmaq üçün: “Bu halaldır, o haramdır!”– deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

Təfsir

Ey Müşriklər! Allah adından yalan uydurmaq məqsədi ilə haram buyrulmayan şeyləri haram edərək, ya halal buyrulmayan şeyləri də halal edərək, Allah haqqında dilinizin uydurduğu yalanlarla əsa­sən: "Bu halal bir şeydir, bu isə haram bir şeydır!" – demə­yin. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar istədiklərinə nail ola bilməz, qorxduqları şeydən də canlarını qurtara bilməzlər!