An-Nahl surəsi, ayə 114

16:114

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤

Fakulū mimmā razaqakumullāhu halālan tayyiban washkurū ni'matallāhi in kuntum iyyāhu ta'budūn

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.

Təfsir

Ey Allahın qulları! Allahın sizə ruzi olaraq verdiyi, xoşunuza gələn ha­lal ruzilərdən yeyin. Əgər tək Allaha ibadət eidb və Ona heç bir şeyi şərik qoşmursunuzsa, Allahın sizə bəxş etdiyi bu nemətlərini məhz Uca Allahın bəxş etdiyini etiraf edib və bunları Allahın sevib və razı qaldığı işlərə sərf etməklə bu nemətlərə görə Uca Allah şükür edin!