وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣
Walaqad jā'ahum rasūlum minhum fakaddhabūhu fa akhadhahumul-'adhābu wahum zālimūn
Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. (Buna görə də) zülm etdikləri zaman əzab onları yaxaladı.
Təfsir
Artıq Məkkə xalqına öz içərilərindən sadiqliyinə və dürüst bir insan olduğuna yaxşı bələd olduqları bir peyğəmbər gəldi. Bu, Muhəmməd peyğəmbərdir (sallallahu aleyhi və səlləm). Lakin onlar, Rəbbindən ona nazil edilən ayələri yalan saydılar. Bu səbəbdən Allah onlara acılq və qorxu əzabı göndərdi. Onlar isə Allaha şərik qoşmaq və peyğəmbəri yalançı saymaqla nəfslərini həlaka sürükləyərək, özlərinə zülm etdilər.