وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢
Wadaraballāhu mathalan qaryatan kānat āminatam mutma'innatan ya'tīhā rizquhā raghadam min kulli makānin fakafarat bi an'umillāhi fa adhāqahallāhu libāsal-jū'i wal-khawfi bimā kānū yasna'ūn
Allah arxayınlıq və əmin-amanlıq içində olan, ruzisi hər yerdən bol-bol gələn bir diyarı (Məkkəni) misal çəkir. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
Təfsir
Uca Allah sizə, əhalisi əmin-amanlıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Məkkəni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.