Al-Qasas surəsi, ayə 83

28:83

تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوّٗا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادٗاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ٨٣

Tilkad-dārul-ākhiratu naj'aluhā lilladhīna lā yurīdūna 'uluwwan fil-ardi walā fasādan wal-'āqibatu lil-muttaqīn

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir.

Təfsir

Biz bu axirət yurdunu, yer üzündə haqqa iman gətirməkdən, ona tabe olmaqdan təkəbbürlük etməyən və yer üzündə fit­nə-fəsad törət­mək istəmə­yən kimsə­lər üçün ikram və nemət yurdu edərik. Cənnət nemətləri və Allahın razi olduğu gözəl sonluq, Rəbbinin əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən təqva sahiblərinindir!