وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ٨٢
Wa asbahal-ladhīna tamannaw makānahū bil-amsi yaqūlūna wayka'annallāha yabsutur-rizqa liman yashā'u min 'ibādihī wayaqdiru lawlā am mannallāhu 'alaynā lakhasafa binā wayka'annahū lā yuflihul-kāfirūn
Dünən onun yerində olmağı arzulayanlar: “Vay, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırır da, azaldır da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Vay, demək kafirlər nicat tapmayacaqlarmış!”– dedilər.
Təfsir
Qarunun yerin dibinə batırılmasından öncə onun sahib olduğu mal-dövlətə təmənna edənlər, yanılaraq və Qarunun yerin dibinə batırılmasından ibrət alaraq belə dedilər: "Məgər biz, uca Allahın Öz qullarından istədiyi kimsənin ruzisini artırdığını və istədiyi kimsənin də, azaltdığını bilmirdikmi?! Əgər üzərimizdə Allahın lütfü olmasaydı, söylədiyimiz sözə görə bizi cəzalandırıb, Qarunu yerin dibinə batırdığı kimi bizi də yerin dibinə elə batırardı. Şübhəsiz ki, kafirlər nə dünya da, nə də ki, axirət də nicat tapmazlar. Əksinə, onların dünya da və axirət də sonu xüsrana uğramaqdır.