مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٨٤
Man jā'a bil-hasanati falahū khayrum minhā waman jā'a bis-sayyi'ati falā yujzal-ladhīna 'amilus-sayyi'āti illā mā kānū ya'malūn
Kim Qiyamət günü yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməllə gəlsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.
Təfsir
Kim Qiyamət günü bir yaxşı əməllə - namaz qılmaq, zəkat vermək, oruc tutmaq və s. başqa ibadətlərlə - (Rəbbinin hüzuruna) gələrsə, o kimsəyə etdiyi yaxşılığın daha da xeyirlisi (Cənnət) verilər. Belə ki, etdiyi bir yaxşı əməlin savabı on misli qədər artırılar. Kim də Qiyamət günü pis əməllə - küfr etmək, sələm yemək, zina etmək və s. başqa günahlarla - gələrsə, o günahları edən kimsələrə heç nə artırılmadan yalnız etdikləri əməllərin cəzası verilər!