Al-Qasas surəsi, ayə 81

28:81

فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ ٨١

Fakhasafnā bihī wabidārihil-arda famā kāna lahū min fi atin yansurūnahū min dūnillāhi wamā kāna minal-muntasirīn

Biz onu evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.

Təfsir

Biz (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu), evini və evinin içindəkilərlə bir­lik­də azğınlıqları üzündən ondan intiqam almaq üçün yerin dibinə ba­tırdıq. Artıq Allaha qarşı ona yardım edə bi­lə­cək bir köməkçisi yox idi. Və heç özü də özü­nə kömək edə bil­mədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)