إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٥٦
Innaka lā tahdī man ahbabta walākinnallāha yahdī man yashā'u wahuwa a'lamu bil-muhtadīn
Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər. O, doğru yolda olanları daha yaxşı tanıyır.
Təfsir
Ey Peyğəmbər! Şübhəsiz ki, sən, Əbu Talib və s. başqa sevdiklərini iman gətirməyə müvəffəq edib, onları doğru yola yönəldə bilməzsən. Lakin Uca Allah, istədiyi kimsələri doğru yola yönəldir. O, əzəli elmi ilə kimin doğru yolda olacağını daha yaxşı bilir.