Al-Qasas surəsi, ayə 55

28:55

وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ ٥٥

Wa idhā sami'ul-laghwa a'radū 'anhu waqālū lanā a'mālunā walakum a'mālukum salāmun 'alaykum lā nabtaghil-jāhilīn

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.

Təfsir

O möminlər, kitab əhlindən batil sözlər eşitdikləri zaman ona fikir vermədən üz çevirər və bunu söyləyən kimsələrə səslənərək deyirlər: "Bi­zim əməl­lərimizin mükafatı bizə, sizin də əməllərinizin mükafatı sizə veriləcəkdir. Siz bizdən hər hansı pis bir söz eşitməyəcəksiz və ya hər hansı bir əziyyət görməyəcəksiz! Cahillərlə çənə-boğaz olmaq dinimizə və dünya həyatına zərər verdiyi üçün biz sizinlə bir yerdə olmaq istəmirik!"