Al-Muzzammil surəsi, ayə 16

73:16

فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا ١٦

Fa'asā fir'awnur-rasūla fa akhadhnāhu akhdhan wabīlā

Firon elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.

Təfsir

Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.