فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا ١٧
Fakayfa tattaqūna in kafartum yawman yaj'alul-wildāna shībā
Əgər küfr etsəniz, uşaqların saçlarını ağardan bir gündən (qiyamətin əzabından) özünüzü necə qoruyacaqsınız?
Təfsir
Əgər siz Allaha küfr edirsiniz və Onu rəsulunu yalançı sayırsınızsa, öz dəhşəti və uzunmüddətli olması ilə balaca uşaqların saçlarını ağardacaq uzun gündən canınızı necə qurtaracaq və ondan necə qorunacaqsınız?