وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَٱحۡذَرُواْۚ فَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٩٢
Wa atī'ullāha wa atī'ur-rasūla wahdharū fa in tawallaytum fa'lamū annamā 'alā rasūlinal-balāghul-mubīn
Allaha itaət edin, Onun rəsuluna itaət edin və (pis əməllərdən) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən yalnız açıq təbliğ etməkdir.
Təfsir
Şəriətin əmrini yerinə yetirərək, qadağan etdiyindən çəkinərək Allaha və Onun rəsuluna - səllalllahu aleyhi və səlləm - itaət edin və müxalif olmaqdan çəkinin! Əgər bundan üz çevirsəniz, bilin ki, rəsulumuzun öhdəsinə düşən Allahın ona əmr etdiyini çatdırmaqdır, o da artıq bunu çatdırmışdır. Bundan sonra haqq yola gəlməyinniz, özünüz üçündür, pislik etməyiniz də, özünüz üçündür.