إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ٩١
Innamā yurīdush-shaytānu an yūqi'a baynakumul-'adāwata wal-baghdā'a fil-khamri wal-maysiri wayasuddakum 'an dhikrillāhi wa'anis-salawāti fahal antum muntahūn
Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər. Bunlara son qoyacaqsınızmı?
Təfsir
Həqiqətən, şeytan sərxoşedici içkini və qumarı gözəl göstərməklə qəlblər arasında ədavət və kin salmaq, Allahı zikir etməkdən və namaz qılmaqdan yayındırmaq istəyər. Ey Möminlər! Siz bu pis əməlləri tərk edəcəksinizmi?! Şübhə yoxdur ki, sizə layiq olan, bu əməlləri tərk etmənizdir. Elə isə bu əməlləri tərk edin!