لَيۡسَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ إِذَا مَا ٱتَّقَواْ وَّءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ ثُمَّ ٱتَّقَواْ وَّءَامَنُواْ ثُمَّ ٱتَّقَواْ وَّأَحۡسَنُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ٩٣
Laysa 'alal-ladhīna āmanū wa'amilus-sālihāti junāhun fīmā ta'imū idhā mat-taqaw wwa āmanū wa'amilus-sālihāti thummat-taqaw wwa āmanū thummat-taqaw wwa ahsanū wallāhu yuhibbul-muhsinīn
İman gətirib yaxşı işlər görənlərə, (Allahdan) qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra (yenə Allahdan) qorxaraq iman gətirdikləri, sonra (yenə də Allahdan) qorxaraq yaxşı işlər gördükləri təqdirdə, (haram edilməzdən əvvəl) daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevər.
Təfsir
Allaha iman gətirib Ona yaxınlaşmaq məqsədi ilə saleh işlər görənlərə, haramlardan çəkinib, Allahın onlara qəzəblənməsindən qorxub, Allaha iman gətirdikləri, yaxşı əməllər etdikləri, sonra da Allahdan qorxaraq sanki Onu görürmüş kimi Ona ibadət etdikləri təqdirdə haram edilməzdən əvvəl daddıqları şəraba görə heç bir günah sayılmaz. Allah, Onu görürmüş kimi Ona ibadət edənləri, onlar daima Allahın onları gördüyünü hiss etdikləri üçün sevər. Çünki Allahı görürmüş kimi ibadət etmək, mömini əməlini daha yaxşı və dəqiq etməyə sövq edər.