Al-Ma'idah surəsi, ayə 52

5:52

فَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ ٥٢

Fataral-ladhīna fī qulūbihim maradun yusāri'ūna fīhim yaqūlūna nakhshā an tusībanā dā'iratun fa'asallāhu an ya'tiya bil-fathi aw amrim min 'indihī fayusbihū 'alā mā asarrū fī anfusihim nādimīn

Qəlblərində xəstəlik olanların: “Başımıza bir müsibət gəlməsindən qorxuruq”– deyərək onların (kitab əhlinin) arasında olmağa can atdıqlarını görərsən. Umulur ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar.

Təfsir

Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlmə­sindən qorxuruq"– deyə­rək onları özlərinə dost tutmağa can atdıqla­rını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı giz­lətdik­lərindən dola­yı peş­man ol­sun­lar.