Al-Ma'idah surəsi, ayə 51

5:51

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥١

Yā'ayyuhal-ladhīna āmanū lā tattakhidhul-yahūda wan-nasārā awliyā'a ba'duhum awliyā'u ba'din waman yatawallahum minkum fa innahū minhum innallāha lā yahdil-qawmaz-zālimīn

Ey iman gətirənlər! Yəhudi və nəsraniləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, şübhəsiz ki, o da onlardan olar. Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.

Təfsir

Ey Allaha və Onun peyğəmbərinə iman gətirən kimsələr! Yə­hudi və nəsraniləri özünüzə yaxın dost, sirdaş etməyin! Çünki yəhudi və nəsranilərin hər biri, yalnız öz millətindən olanları özlərinə dost tutu­r­lar. Bu iki firqənin hər biri, sizə qarşı düşmənçilik bəsləyir. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü, kafirlərləri özünə dost tutduğu üçün doğru yo­la yö­nəlt­məz.