ٱلۡيَوۡمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حِلّٞ لَّكُمۡ وَطَعَامُكُمۡ حِلّٞ لَّهُمۡۖ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّ مُحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِيٓ أَخۡدَانٖۗ وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ ٥
Al-yawma uhilla lakumut-tayyibātu wata'āmul-ladhīna ūtul-kitāba hillul lakum wata'āmukum hillul lahum wal-muhsanātu minal-mu'mināti wal-muhsanātu minal-ladhīna ūtul-kitāba min qablikum idhā ātaytumūhunna ujūrahunna muhsinīna ghayra musāfihīna walā muttakhidhī akhdānin waman yakfur bil-īmāni faqad habita 'amaluhū wahuwa fil-ākhirati minal-khāsirīn
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır. Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim imanı inkar edərsə əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar.
Təfsir
Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mömin qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, fahişəlik etmədən namuslu olub, onlarla zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayanlardan olar.