يَسۡـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمۡۖ قُلۡ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَمَا عَلَّمۡتُم مِّنَ ٱلۡجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُۖ فَكُلُواْ مِمَّآ أَمۡسَكۡنَ عَلَيۡكُمۡ وَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهِۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ٤
Yas'alūnaka mādhā uhilla lahum qul uhilla lakumut-tayyibātu wamā 'allamtum minal-jawārihi mukallibīna tu'allimūnahunna mimmā 'allamakumullāhu fakulū mimmā amsakna 'alaykum wadhkurusmallāhi 'alayhi wattaqullāha innallāha sarī'ul-hisāb
(Ey Muhamməd!) Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edilmişdir. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərinə Allahın adını çəkin (bismilləh deyin). Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
Təfsir
Ey Peyğəmbər! Səhabələrin səndən Allahın onlara nəyin yeyilməsinin halal etdiyini soruşurlar. Ey Peyğəmbər! De: "Allah sizə təmiz yeməkləri və Allahın sizə nemət bəxş edərək öyrətdiyi elmdən, ov etməyi öyrədib, əhliləşdirdiyiniz, ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb gedən və onu ovdan uzaqlaşdirdıqda uzaqlaşan yırtıcı dişi olan ov itləri, bəbirlər və caynağı olan şahin quşları kimi heyvanların ovladıqlarından yemək sizə halal edildi. Onların tutub gətirdikləri ovdan, hətta ovu öldürsələr belə, yeyin və onları ova göndərərkən Allahın adını çəkin. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun! Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkəndir".