وَأَنِ ٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ وَٱحۡذَرۡهُمۡ أَن يَفۡتِنُوكَ عَنۢ بَعۡضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيۡكَۖ فَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمۡ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعۡضِ ذُنُوبِهِمۡۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ ٤٩
Wa anihkum baynahum bimā anzalallāhu walā tattabi' ahwā'ahum wahdharhum an yaftinūka 'am ba'di mā anzalallāhu ilayka fa in tawallaw fa'lam annamā yurīdullāhu an yusībahum biba'di dhunūbihim wa inna kathīram minan-nāsi lafāsiqūn
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
Təfsir
Ey Peyğəmbər! Onların arasında Allahın sənə nazil etdiyi ilə hökm ver və onların öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər onlar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə dünya müsibəti ilə əzaba düçar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Həqiqətən, insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar.