Al-Ma'idah surəsi, ayə 50

5:50

أَفَحُكۡمَ ٱلۡجَٰهِلِيَّةِ يَبۡغُونَۚ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ حُكۡمٗا لِّقَوۡمٖ يُوقِنُونَ ٥٠

Afahukmal-jāhiliyyati yabghūna waman ahsanu minallāhi hukmal liqawmin yūqinūn

Yoxsa onlar cahiliyyət (dövrünün) hökmünü istəyirlər? (Nəyin haqq olduğunu) yəqin bilən bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!

Təfsir

Onlar sənin verdiyin hökmdən üz çevirib, öz istəklərinə müvafiq hökm verən, bütpərəst cahiliyyə əhlinin hökmünümü istəyirlər? Allahın elçisinə nazil etdiyini dərk edib, qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim­sə yoxdur. Təbbi ki, cəhalətə və öz havalarına uyan kimsələr, hətta batil olsa da belə yalnız öz istəklərinə müvafiq olanı qəbul edərlər.