وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٤٨
Wa anzalnā ilaykal-kitāba bil-haqqi musaddiqal limā bayna yadayhi minal-kitābi wamuhayminan 'alayhi fahkum baynahum bimā anzalallāhu walā tattabi' ahwā'ahum 'ammā jā'aka minal-haqqi likullin ja'alnā minkum shir'atan waminhājan walaw shā'allāhu laja'alakum ummatan wāhidatan walākil liyabluwakum fī mā ātākum fastabiqul-khayrāti ilallāhi marji'ukum jamī'an fayunabbi'ukum bimā kuntum fīhi takhtalifūn
Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik. Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı buraxıb onların istəklərinə tabe olma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Fəqət bu (müxtəlif şəriətlər), sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.
Təfsir
Ey Peyğəmbər! Biz Quranı sənə, onun Allahdan olmasına heç bir şək-şübhə olmadan, özündən əvvəl nazil edilmiş ilahi kitabları təsdiqləyən, onların doğruluğuna şahidlik edən, haqq olaraq nazil etdik. O kitablarda Qurana müvafiq olan hökmlər haqqdır, müxalif olanlar isə batil. Sən insanlar arasında, Allahın Qurandan sənə nazil etdiyi ilə hökm ver. Sənə nazil edilən, heç bir şəkkə yer olmayan haqqı buraxıb onların istəklərinə uyma. Biz hər bir ümmət üçün əməllərə bağlı hökmlərdən ibarət bir şəriət və onların Allahın yola yönəlmələri üçün açıq-aydın bir yol təyin etdik. Əgər Allah istəsəydi, bütün şəriətləri tək bir şəriət edərdi. Lakin Allah hamınızı imtahan edib, itaətkarı asi kimsədən ayırd edib, seçmək üçün hər bir ümmətə bir şəriət təyin etdi. Elə isə yaxşı işlər görməkdə və pis işlərdən əl çəkməkdə bir-birinizlə yarışın. Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcək və etdiyiniz əməllərin də əvəzini sizə verəcəkdir.