وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ ١١١
Wa idh awhaytu ilal-hawāriyyina an āminū bī wabirasūlī qālū āmannā washhad bi annanā muslimūn
Bir zaman həvarilərə: “Mənə və rəsuluma iman gətirin!” deyə əmr etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər.
Təfsir
Bir zaman Mən həvarilərə, Mənə və sənə iman gətirsinlər, deyə ilham edərək onları sənə köməkçilər müyəssər etdiyim nemətimi yadına sal! Onlar da tabe olaraq: "İman gətirdik. Ey Rəbbimiz! Sən də şahid ol ki, biz Sənə boyun əyən müsəlmanlarıq!"– cavab verdilər.