إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ١١٠
Idh qālallāhu yā'īsabna maryamadhkur ni'matī 'alayka wa'alā wālidatika idh ayyattuka birūhil-qudusi tukallimun-nāsa fil-mahdi wakahlan wa idh 'allamtukal-kitāba wal-hikmata wat-tawrāta wal-injīla wa idh takhluqu minat-tīni kahay'atit-tayri bi idhnī fatanfukhu fīhā fatakūnu tayrā bi idhnī watubri'ul-akmaha wal-abrasa bi idhnī wa idh tukhrijul-mawtā bi idhnī wa idh kafaftu banī isrā'īla 'anka idh ji'tahum bil-bayyināti faqālal-ladhīna kafarū minhum in hādhā illā sihrum mubīn
O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman, onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə (və səni öldürmək istədikdə,) Mən onları səndən dəf etmişdim.
Təfsir
Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Məryəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və anan Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o zaman Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüvvətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yetkin çağında səni onlara göndərdiyim dini danışırdın. Allahın sənə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Tövratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrətməsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəldib sonra ona üfürüb onun quş olması, anadangəlmə kora, cüzam xəstəliyinə tutulanı dərisini sağaldıb şəfa verməyin və ölülərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İsrail oğullarının yanına açıq-aydın möcüzələrlə gəldikdə onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. Onlar isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən başqa bir şey deyildir"- demişdilər.