Al-Kahf surəsi, ayə 34

18:34

وَكَانَ لَهُۥ ثَمَرٞ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكۡثَرُ مِنكَ مَالٗا وَأَعَزُّ نَفَرٗا ٣٤

Wakāna lahū thamarun faqāla lisāhibihī wahuwa yuhāwiruhū ana aktharu minka mālan wa a'azzu nafarā

Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.

Təfsir

İki bağa sahib olan kimsənin, bu iki bağdan başqa mal-dövləti, meyvəsi və gəliri də var idi. Bundan dolayı o, özünü mömin yoldaşından üstün tutaraq, qürürlu bir halda ona: "Mən mal-dövlət və sər­vətcə səndən daha zən­gin və qəbilə, qohum-əqraba cəhətdən də səndən daha qüvvət­liyəm!" – dedi.