Al-Kahf surəsi, ayə 35

18:35

وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا ٣٥

Wadakhala jannatahū wahuwa zālimul linafsihī qāla mā azunnu an tabīda hādhihī abadā

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini zənn etmirəm.

Təfsir

O kafir kişi, mömin olan kişi ilə birgə öz bağını ona göstərmək üçün küfr və təkəbbülük etməklə özünə zülm edərək ba­ğına daxil olub dedi: "Gördüyün bu bağın ərsəyə gəlib və daima belə bir halda qalması üçün əlimdən gələni etdiyimə görə, bunun nə vaxt­sa məhv ola bi­ləcəyini dü­şün­mürəm!"