كِلۡتَا ٱلۡجَنَّتَيۡنِ ءَاتَتۡ أُكُلَهَا وَلَمۡ تَظۡلِم مِّنۡهُ شَيۡـٔٗاۚ وَفَجَّرۡنَا خِلَٰلَهُمَا نَهَرٗا ٣٣
Kiltal-jannatayni ātat ukulahā walam tazlim minhu shay'an wafajjarnā khilālahumā naharā
Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskiltmədi. Biz də onların arasından bir çay axıtdıq.
Təfsir
Hər iki bağ da xurma, üzüm meyvələrini və öz bəhrəsini heç bir şeyi naqis etmədən, əksinə, bol-bol, kamil bir şəkildə verdi. Biz də rahat sulanması üçün o hər iki bağın aralarında bir çay axıtdıq.