Al-Kahf surəsi, ayə 24

18:24

إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذۡكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلۡ عَسَىٰٓ أَن يَهۡدِيَنِ رَبِّي لِأَقۡرَبَ مِنۡ هَٰذَا رَشَدٗا ٢٤

Illā an yashā'allāhu wadhkur rabbaka idhā nasīta waqul 'asā an yahdiyani rabbī li aqraba min hādhā rashadā

Ancaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

Təfsir

Ancaq o edəcəyin hər hansı bir işi Allahın istəyinə bağlayaraq belə deməlisən: "Əgər Allah is­tə­sə ("in­şallah") o işi edəcəyəm!". İn­şallah deməyi unut­du­ğun za­man Rəbbi­ni yada salıb: "Ümid edirəm ki, Rəb­bim məni hidayət və müvəffəqiyyət baxımından bun­dan daha yaxın olan bir yola yönəltsin" – de.