Al-Jinn surəsi, ayə 25

72:25

قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا ٢٥

Qul in adrī aqarībum mā tū'adūna am yaj'alu lahū rabbī amadā

De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm.

Təfsir

Ey Peyğəmbər! Diriləcəklərini inkar edən o müşriklərə belə de: "Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu, yoxsa Allahın onun üçün Özündən başqa heç kəsin bilmədiyi bir vaxt təyin etdiyini bilmirəm.