حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا ٢٤
Hattā idhā ra'aw mā yū'adūna fasaya'lamūna man ad'afu nāsiran wa aqallu 'adadā
Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
Təfsir
Kafirlər dünyada özlərinə vəd olunmuş əzabı qiyamət günü öz gözləri ilə görənədək küfrlərindən əl çəkməyəcəklər. O zaman onlar kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.