Al-Jinn surəsi, ayə 26

72:26

عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا ٢٦

'Ālimul-ghaybi falā yuzhiru 'alā ghaybihī ahadā

O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;

Təfsir

Pak və müqəddəs Allah, qeybi tam olaraq bilir, heç bir şey Ona gizli qalmaz və O, Öz qeybini heç kəsə bildirməz, əksinə, yalnız Özünə məxsus olaraq qalar.