وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا ١٦
Wa allawistaqāmū 'alat-tarīqati la asqaynāhum mā'an ghadaqā
Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik.
Təfsir
Necə ki, bir dəstə cinin Peyğəmbəri (səllallahu aleyhi və səlləm) dinlədiyi ona vəhy edilmişdir, eləcə də, ona belə vəhy edilmişdir ki, əgər cinlər və insanlar İslam yolunu tutsalar və Quranda buyurulanlara əməl etsələr, Allah onlara bol-bol su verər və onlara müxtəlif cür nemətlər əta edər.