لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا ١٧
Llinaftinahum fīhi waman yu'rid 'an dhikri rabbihī yaslukhu 'adhāban sa'adā
Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar.
Təfsir
Belə edərik ki, onları sınayaq görək, Allahın nemətlərinə şükür edəcəklər, yoxsa nankor olacaqlar? Kim Qurandan və onun içindəki öyüd-nəsihətlərdən üz çevirərsə, Rəbbi onu məşəqqətli, həm də, dözə bilməyəcəyi bir əzaba düçar edər.