هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ حَٰجَجۡتُمۡ فِيمَا لَكُم بِهِۦ عِلۡمٞ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٦٦
Hā'antum hā'ulā'i hājajtum fīmā lakum bihī 'ilmun falima tuhājjūna fīmā laysa lakum bihī 'ilmun wallāhu ya'lamu wa antum lā ta'lamūn
Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşirdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilmirsiniz!
Təfsir
Baxın, ey kitab əhli! Siz həm öz dininiz, həm də sizə nazil edilənlərdən bildiyiniz şeylər barədə Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) mücadələ edirsiniz. Bəs nə üçün kitablarınızda olmayan və peyğəmbərlərinizin də sizə xəbər vermədiyi məsələlər bardədə - İbrahim və onun dini barədə bilmədiyiniz şeylər haqqında mübahisə edirsiniz?! Allah işlərin həqiqətini də bilir batini də, siz isə bilməzsiniz!