يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِيٓ إِبۡرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوۡرَىٰةُ وَٱلۡإِنجِيلُ إِلَّا مِنۢ بَعۡدِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ ٦٥
Yā'ahlal-kitābi lima tuhājjūna fī ibrāhīma wamā unzilatit-tawrātu wal-injīlu illā mim ba'dihī afalā ta'qilūn
Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? (Halbuki,) Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?
Təfsir
Ey Kitab əhli! Nə üçün İbrahimin - aleyhissəlam - milliyyəti barəsində mübahisə edirsiz? Yəhudilər İbrahimin yəhudi olduğunu, nəsranilər isə Onun, nəsrani olduğunu idda edirlər. Halbuki siz, yəhudi və nəsraniliyin İbrahimin - aleyhissəlam - vəfatından uzun müddət sonra meydana gəldiyini bilirsiniz. Məgər siz, ağılınızla, bu sözünüzün batil və iddanızın da yalnış olduğunu dərk etmirsinizmi?!