ثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ١٥٤
Thumma anzala 'alaykum mim ba'dil-ghammi amanatan nu'āsan yaghshā tā'ifatam minkum watā'ifatun qad ahammathum anfusuhum yazunnūna billāhi ghayral-haqqi zannal-jāhiliyyati yaqūlūna hal lanā minal-amri min shay'in qul innal-amra kullahū lillāhi yukhfūna fī anfusihim mā lā yubdūna laka yaqūlūna law kāna lanā minal-amri shay'um mā qutilnā hāhunā qul law kuntum fī buyūtikum labarazal-ladhīna kutiba 'alayhimul-qatlu ilā madāji'ihim waliyabtaliyallāhu mā fī sudūrikum waliyumahhisa mā fī qulūbikum wallāhu 'alīmu bidhātis-sudūr
Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapılıb: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyirdi. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz qəlblərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah qəlblərdə olanları biləndir”.
Təfsir
Sonra bu iztirab və kədərin ardınca Allah sizə bir rahatlıq və inam nazil etdi. Sizdən bir qisminizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz canlarının salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah barəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsayı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün işlər Allaha aiddir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sənə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bizim bir rəyimiz olsaydı, elə bu yerdə öldürülməzdik"– deyirlər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evlərinizdə olsaydınız, sizlərdən öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sınamaq və qəlblərinizdəki imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey qizli qalmaz".