۞ إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١٥٣
Idh tus'idūna walā talwūna 'alā ahadin war-rasūlu yad'ūkum fī ukhrākum fa athābakum ghammā bighammil likaylā tahzanū 'alā mā fātakum walā mā asābakum wallāhu khabīru bimā ta'malūn
O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə məhəl qoymadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Möminlər! Uhud döyüşü günü Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olduğunuz üçün başnıza gələn müsibətə görə döyüş meydanından qaçdığınızı yadınıza salın. O zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm - arxanızdan sizi: "Ey Allahın qulları mənə tərəf gəlin! Ey Allahın qulları mənə tərəf gəlin!" -deyərək çağırdığı halda, siz heç kimə məhəl qoymadan düşməndən qaçırdınız. Allah da bu əməlinizə görə sizi məğlubiyyət, qənimətdən məhrum olma və nəhayət aranızda Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qətl edilməsi barəsindəki yayılan xəbərlə qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan, Allah yardımına, əldə edə bilmədiyiniz qənimətə və başınıza gələn ölüm və yaralanma müsibətin görə kədərlənməyəsiniz. Elə ki siz, Peyğəmbərin ölüm xəbərinin yanlış olduğunu bildikdə, bütün müsibətlər, agrı və acılar sizə rahat gəldi. Allah nə etdiklərinizdən xəbərdardır. Qəlblərinizdə olanlar və ya əzalarınızla etdiyiniz əməllər Allaha gizli qalmaz.