إِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ١٥٥
Innal-ladhīna tawallaw minkum yawmal-taqal-jam'āni innamastazallahumush-shaytānu biba'di mā kasabū walaqad 'afallāhu 'anhum innallāha ghafūrun halīm
(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri, məhz qazandıqları bəzi günahlar üzündən şeytan yoldan azdırdı. (Buna baxmayaraq) Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.
Təfsir
Ey Muhammədin - sallallahu aleyhi və səlləm - səhabələri! Uhudda müşriklərin qoşunu ilə müsəlmanların qoşunu qarşılaşdığı gün sizdən məğlub olanları şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları, Öz lütfü və rəhməti sayəsində bağışlayıb, əzab vermədi. Həqiqətən, Allah tövbə edənləri bağışlayandır, həlimdir, onlara əzab verməyə tələsməz.