Al-Hashr surəsi, ayə 3

59:3

وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ٣

Walawlā an kataballāhu 'alayhimul-jalā'a la'addhabahum fid-dunyā walahum fil-ākhirati 'adhābun-nār

Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa) əzab verərdi. Axirətdə isə onlar üçün Cəhənnəm əzabı vardır.

Təfsir

Əgər Allah onlara yurdlarından sürgün edilmək hökmünü yazmasaydı, onları elə bu dünyada qətlə yetirmək və kölə etməklə əzab verərdi. Axirətdə isə onları, içində əbədi qalacaqları Cəhənnəm əzabı gözləyir.