Al-Hashr surəsi, ayə 4

59:4

ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٤

Dhālika bi annahum shāqqullāha warasūlahū waman yushāqqillāha fa innallāha shadīdul-'iqāb

Bu, onların Allaha və Onun Rəsuluna qarşı düşmənçilik etdiklərinə görədir. Kim Allaha qarşı düşmənçilik edərsə, (bilsin ki,) həqiqətən, Allah şiddətli cəza verəndir.

Təfsir

Onların başına gəlmiş bu müsibət onların küfr etməklə və verdikləri əhdi pozmaqla Allaha və Onun rəsuluna qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir və o kimsə şiddətli cəzaya məruz qalacaqdır.