إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ ٢٥
Innal-ladhīna kafarū wayasuddūna 'an sabīlillāhi wal-masjidil-harāmil-ladhī ja'alnāhu lin-nāsi sawā'anil-'ākifu fīhi wal-bādi waman yurid fīhi bi ilhādi bizulmin nudhiqhu min 'adhābin alīm
Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.
Təfsir
Şübhəsiz ki, Uca Allahı inkar edənlərə, insanların İslamı qəbul etməsinə mane olanlara, Hüdeybiyyə ilində müşriklərin etdikləri kimi insanların Məscidulharama daxil olmalarına izin verməyənlərə şiddətli əzab daddıracağıq. Biz bu məscidi, insanlar üçün namazlarında qiblə, həcc və ömrə ayinlərinin icrası üçün müqəddəs bir yer qıldıq. Oranı, Məkkənin yerli əhalisi və gəlmələr üçün eyni səviyyədə etdik. Kim orada haqqdan meyil edərək qəsdən günah etmək istəyərsə, ona ağrılı-acılı bir əzab daddırarıq.